Tramp: İran ABŞ əsgərini öldürərsə, əvəzini dəfələrlə ağır şəkildə ödəyəcək

20.07.2026

Icma.az bildirir, Apa.az saytına əsaslanaraq.

"İran hər dəfə bir ABŞ əsgərini öldürərsə, bunun əvəzini dəfələrlə ağır şəkildə ödəyəcək! Bu göstəriş Müdafiə naziri Pit Heqsetə, Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Daniel Keynə və ordudakı bütün rəhbərlərə çatdırılıb".

APA xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp öz “Truth” hesabında yazıb.

Qeyd edək ki, ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) 17 iyul tarixində İranın ballistik raket və dron hücumları nəticəsində İordaniyada iki ABŞ hərbçisinin həlak olduğunu, bir hərbçinin isə itkin düşdüyünü açıqlayıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью