Icma.az, Ayna portalına istinadən məlumat verir.
ABŞ Prezidenti Tehranla münaqişəyə diplomatik yolla son qoymaq istədiyini bildirib
“İran ABŞ ilə razılığa gəlmək istəyir, lakin münaqişəyə son qoyulması üçün vaxt hələ məlum deyil”. AYNA.AZ-ın məlumatına görə, bunu ABŞ Prezidenti Donald Tramp C-SPAN-a verdiyi müsahibədə bildirib.
Jurnalistlərlə söhbəti zamanı Tramp Tehranla münaqişəyə diplomatik yolla son qoymaq istədiyini bildirib.
"Sizə deyə bilərəm ki, İran razılaşma əldə etmək istəyir. Və biz bunun baş verib-verməyəcəyini biləcəyik", - deyə Prezident bildirib.
Münaqişənin bitmə müddəti barədə soruşulduqda, Tramp bunun şəraitdən asılı olduğunu qeyd edib.
O, ABŞ-ın buna tez və ya qısa müddət ərzində, "amma uzun müddət ərzində deyil" son qoya biləcəyini söyləyib.
Tramp əlavə edib ki, “indi sual qalır ki, o, bunu tez bir zamanda edə biləcək, ya yox”.