Tramp: İran ABŞ ın, demək olar ki, bütün şərtlərini qəbul edib

03.07.2026

Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

ABŞ Prezidenti Donald Tramp bildirib ki, Vaşinqton İranla münaqişədə ,demək olar ki, bütün məqsədlərinə çatıb.

Məlumatı “Anadolu” verib. 

Ağ Ev rəhbəri CNBC-yə verdiyi müsahibədə bildirib: “Biz danışıqlar aparırıq. Düşünürəm ki, onlar, demək olar ki, bizə lazım olan hər şey barədə razılığa gəliblər”.

ABŞ lideri İranda "rejim dəyişikliyi" axtarmadığını bir daha vurğulayıb: “Mən çox sadə bir şeyə nail olmağa çalışıram: onlar nüvə silahı əldə etməməlidirlər”. 

O, İranın “bir neçə raketi qaldığını”, lakin onları da “onları məhv edə biləcəyini” söyləyib.

Donald Tramp əlavə edib ki, “Keçən həftə gəmiyə dron atdıqları üçün onlardan üçünü çox sərt şəkildə vurdum”.

P.ƏMİRCANOV
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью