Tramp: İran atəşkəs üçün ABŞ yə müraciət edib

01.04.2026

Cebheinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

İran atəşkəs üçün ABŞ-yə müraciət edib.

"Cebheinfo.az" "Report"-a istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp özünün sosial şəbəkə səhifələrində yazıb.

Onun sözlərinə görə, İranın yeni rəhbərləri sələflərindən "xeyli ağıllıdırlar".

"İndicə İran ABŞ-dən atəşkəs istəyib. Hörmüz boğazı açıq, azad və təhlükəsiz olduqda biz bunu nəzərdən keçirəcəyik. O vaxta qədər biz İranı məhv edir, necə deyərlər, daş dövrünə qaytarırıq", - ABŞ lideri yazıb.

Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Nəticədə İranın ali rəhbəri ayətullah Əli Xamenei və bir sıra yüksək vəzifəli şəxslər öldürülüb. Bundan sonra İran İsraillə yanaşı, ABŞ və müttəfiqlərinin hərbi bazalarının yerləşdiyi Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Bəhreyn, İraq və Kiprdə müəyyən etdiyi hədəflərə zərbələr endirməyə başlayıb.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью