Sherg.az saytına istinadən Icma.az xəbər verir.
“İran dünyada terrorizmin ən böyük dövlət sponsorudur və nüvə silahı əldə edərsə, ondan istifadə edəcək”.
Teleqraf xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.
“Nüvə silahı əldə etsələr, Yaxın Şərqi partladacaqlar, sonra Avropanı, bizi və istədikləri hər yeri hədəfə alacaqlar. İmkanları olsa, şəhərləri dağıdacaqlar. Bu barədə bir saniyə belə düşünməzdilər. Onlar dəlidir”, - Amerika lideri bildirib.
Donald Tramp qeyd edib ki, müharibəni ABŞ yox, İran başladıb: “İranla müharibəyə mən başlamamışam. Onlar bizimlə müharibəni 1979-cu ildə başlayıblar”.