Icma.az xəbər verir, Yeniavaz saytına əsaslanaraq.
ABŞ Prezidenti Donald Tramp İranın ABŞ ilə “ciddi danışıqlar” apardığını bildirib.
Yeniavaz.com xəbər verir ki, o bu barədə “Fox News”a müsahibəsi zamanı danışıb.
“Tehran bizimlə danışır. “Ciddi danışıqlar” gedir. Nə edə biləcəyimizi görəcəyik. Əks halda, nə olacaq, onu da görəcəyik... Oraya böyük bir donanma gedir”, - deyə Tramp bildirib.
Tramp həmçinin qeyd edib ki, ABŞ administrasiyası təhlükəsizliklə bağlı narahatlıqlarını əsas gətirərək regiondakı narahat müttəfiqlərini mümkün hərbi hücumlar barədə xəbərdar etməyib.
Qeyd edək ki, hazırda danışıqların hansı formatda və hansı şərtlər altında aparıldığı bəlli deyil.
İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani 31 yanvarda “X” platformasında bildirib ki, ABŞ ilə danışıqlar üçün çərçivə üzərində iş gedir.
Xatırladaq ki, Tramp Tehranda və ölkənin digər şəhərlərində hökumət əleyhinə etirazların zorakılıqla yatırılması fonunda İranı dəfələrlə hərbi müdaxilə ilə hədələyib.