Tramp: İran istiqamətində hərəkət edən böyük donanmamız var

23.01.2026

Yeniazerbaycan portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Hər ehtimala qarşı hazırda İran istiqamətində gedən çoxlu gəmilərimiz var”. AZƏRTAC-ın məlumatına görə, bu barədə ABŞ Prezidenti Donald Tramp Davosdan Vaşinqtona geri dönərkən təyyarədə jurnalistlərə deyib. O, heç bir şeyin baş verməsini istəmədiyini, lakin prosesləri yaxından izlədiklərini əlavə edib.

“Bizim o istiqamətdə gedən böyük bir donanmamız var və bəlkə də ondan istifadə etmək məcburiyyətində qalmayacağıq. Görəcəyik”,- deyə Tramp əlavə edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью