Sherg.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
ABŞ Prezidenti Donald Tramp İranla bağlı qərar qəbul etməkdə tələsmədiyini bildirib.
Sherg.az xəbər verir ki, Tramp Çindən ABŞ-a qayıdarkən “Axios”a telefonla açıqlama verib.
İranla bağlı mümkün addımlarından danışan Tramp qərar verməyə tələsməyəcəyini deyib. “İran məsələsində hər hansı qərarı tələsik qəbul etməyəcəyəm. Yeni ildən sonra nələrin baş verəcəyinə baxacağıq”, – deyə o bildirib.
Trampın açıqlaması İsrailin Baş naziri Benyamin Netanyahunun Vaşinqtonu İrana qarşı yaxın zamanda genişmiqyaslı bombardmana başlamağa çağırdığı bir vaxtda səslənib.