Cebheinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
“Vaşinqtonla Tehran arasında danışıqların mümkün uğursuzluğu İran üçün son dərəcə mənfi nəticələrə səbəb olacaq və bu ölkə özünü böyük təhlükə ilə üz-üzə qoyacaq”.
“Cebheinfo.az”-ın məlumatına görə, ABŞ Prezidenti Donald Tramp belə deyib.
“Düşünürəm ki, danışıqlar nəticə verməsə, İran böyük təhlükə qarşısında qalacaq”.
Prezident Tramp jurnalistin ABŞ-nin İslam Respublikasının nüvə proqramını məhv etmək üçün hərbi addımlar atmağa hazır olub-olmaması ilə bağlı sualına bu cür cavab verib.
Ağ Evdə İsrailin Baş naziri Benyamin Netanyahu ilə görüşdə Tramp əlavə edib: “İranın nüvə silahı ola bilməz.
Danışıqlar müvəffəqiyyətli olmasa, İran üçün çox pis gün olacaq”.
ABŞ Prezidenti “Sözləriniz İslam Respublikasına zərbə endirməyə hazırlığın təsdiqi hesab edilə bilərmi?” sualına isə cavab verməyib.