Tramp: İran nə vaxtsa təslim olmaq qərarına gələcək

30.09.2026

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 30 sentyabr, AZƏRTAC

ABŞ Prezidenti Donald Tramp İranın gələcəkdə təslim olmaq qərarına gələcəyinə inandığını bildirib.

AZƏRTAC xəbər verir ki, Tramp Ağ Evin qarşısında jurnalistlərin suallarını cavablandırarkən İran rəhbərliyinin hazırda təslim olub-olmayacağını bilmədiyini, lakin bunun baş verəcəyinə inandığını deyib.

“İşlər onlar üçün çox pis gedir”, – deyə ABŞ Prezidenti qeyd edib.

Tramp, həmçinin bildirib ki, Hörmüz boğazından əvvəlkindən daha çox neft daşınıb. O, İranın nüvə silahına sahib olmayacağına əminliyini də ifadə edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью