Tramp İran neftinə sanksiyaları sərtləşdirəcək

11.03.2025

Icma.az, Reyting.az portalına istinadən məlumat verir.


Donald Tramp administrasiyası İran neftinə qarşı sanksiyaları sərtləşdirmək niyyətindədir.
Reyting.az
xəbər verir ki, bunu ABŞ-nın energetika naziri Kris Rayt bildirib.
Trampın ötən prezidentlik dövründə İran neftinin ixracının minimum səviyyəyə düşdüyünü xatırladan Rayt deyib ki, ABŞ-nın keçmiş prezidenti Bayden sanksiyaları ləğv etməsə də, onun tətbiqini dayandırıb və nəticədə İranı zənginləşib.
Rayt Tramp administrasiyasının İran neftinin ixracına məhdudiyyətlər qoymağa hazır olduğunu vurğulayıb.

E. KAMAL

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью