Tramp: İran nüvə obyektlərini bərpa etməyə qərar versə, onlar məhv ediləcək

19.07.2025

Sherg.az saytına istinadən Icma.az xəbər verir.

İranın hər üç nüvə obyekti tamamilə dağıdılıb və ya məhv edilib.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp özünün “Social Truth” sosial şəbəkəsində yazıb.

"İranın hər üç nüvə obyekti tamamilə dağıdılıb və ya məhv edilib. Onların işini bərpa etmək illər çəkəcək və əgər İran bunu etmək qərarına gəlsə, bu obyektlər məhv edilməzdən əvvəl üç fərqli yerdə hər şeyə yenidən başlamaq onun üçün daha yaxşı olardı. Bu məsələyə diqqətinizə görə təşəkkür edirik!", - paylaşımda deyilir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью