Tramp: “İran nüvə silahı əldə edərsə, ABŞ şəhərlərinə zərbələr endirə bilər”

08.10.2026

Ayna saytına istinadən Icma.az xəbər verir.

"Biz İranla məşğul olmalı idik, çünki əks halda onların nüvə silahı olacaqdı"

“İran nüvə silahı əldə edərsə, Los-Anceles və San-Dieqo da daxil olmaqla, ABŞ-ın böyük şəhərlərinə raket zərbələri endirə bilər”. AYNA.AZ xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp CBS telekanalına verdiyi müsahibədə deyib.

"Biz İranla məşğul olmalı idik, çünki əks halda onların nüvə silahı olacaqdı", - deyə Amerika lideri bu ilin fevral ayında İrana qarşı ABŞ-İsrail hərbi kampaniyasının başlamasını əsaslandıraraq bildirib.

Oktyabrın 7-də ABŞ-ın vitse-prezidenti Cey.Di.Vens bildirib ki, İran müharibəyə son qoymaq üçün uran zənginləşdirmə qabiliyyətini azaltmalıdır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью