Tramp İran üzərində 100 faiz qələbə qazanacağını dedi

12.11.2026

Icma.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.

“ABŞ İranla münaqişədə yalnız 93 faiz deyil, tam qələbə qazanmaq niyyətindədir”.

“Cebheinfo.az”-ın məlumatına görə, ABŞ Prezidenti Donald Tramp Ağ Evin “YouTube” kanalı tərəfindən yayımlanan Veteranlar Günü mərasimində belə deyib.

“Biz sadəcə 93 faiz deyil, tam qələbə qazanmağımıza əmin olmaq istəyirik. Bu, tam qələbə olacaq. Dağıtdığımız hər şeyi bərpa etmək üçün onlara 25 il lazım olacaq”.

ABŞ Prezidenti, həmçinin bildirib ki, müharibəni Vaşinqton başlatmayıb. Trampın sözlərinə görə, hazırkı administrasiya nəhayət, Tehranla qarşıdurmaya girib və ciddi cavab zərbəsi endirib.

Prezident vurğulayıb ki, Amerika tərəfi indi münaqişəyə nə vaxt son qoyacağına özü qərar verəcək.

“Amerika İranla müharibəyə başlamayıb. İran 1979-cu ildən bəri Amerikaya qarşı müharibə aparır”, - deyə o qeyd edib.

Tramp münaqişədə iştirak edən ABŞ qoşunlarına minnətdarlığını bildirib.

Müşfiq Abdulla 
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью