Tramp İran üzrə xüsusi elçi təyin edəcək: Namizəd bəlli oldi

12.12.2024

Icma.az, Cebheinfo saytına istinadən bildirir.

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp vaşinqtonun İran üzrə xüsusi elçisi vəzifəsinə ABŞ Milli Kəşfiyyatının keçmiş direktoru vəzifəsini icra edən Riçard Qrenellin namizədliyini irəli sürə bilər.

Bu barədə “Reuters” agentliyi mənbələrə istinadən məlumat yayıb.

“O, şübhəsiz ki, bu vəzifə üçün nəzərdən keçirilir”, - Trampın keçid komandasının planları ilə tanış olan həmsöhbətlərdən biri agentliyə bildirib.

Qeyd olunur ki, xüsusi elçinin namizədliyi və gələcək administrasiyanın İranla bağlı strategiyası ilə bağlı yekun qərar hələ verilməyib. Bununla belə, Trampın bu rol üçün “əsas müttəfiqi” Qreneli hesab etməsi, “Reuters” agentliyinə görə, növbəti Amerika liderinin İranla “danışıqlara açıq ola biləcəyinə” işarə sayıla bilər.
Agentliyin mənbələri qeyd edib ki, Qrenellin namizədliyi təsdiq olunarsa, onun öhdəliklərinə “regiondakı və ondan kənardakı ölkələrlə” məsləhətləşmələr, həmçinin Tehranın potensial danışıqlarda iştirak etmək əhval-ruhiyyəsini qiymətləndirmək daxildir.

"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью