Tramp: İran Vaşinqtona hücum etsə, ABŞ görünməmiş cavab zərbəsi endirəcək

17.11.2026

Icma.az bildirir, Qaynarinfo portalına istinadən.

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

ABŞ prezidenti Donald Tramp İranın Vaşinqtona hücum edəcəyi təqdirdə Tehranın indiyədək heç bir ölkənin üzləşmədiyi miqyasda cavab zərbəsi alacağını bəyan edib.

Qaynarinfo xəbər verir ki, Tramp bu barədə “Fox News” telekanalına açıqlamasında danışıb.

“Əgər Vaşinqtona təhlükə yaranarsa, onlar elə bir bədəl ödəyəcəklər ki, indiyədək heç bir ölkə belə bir cəza almayıb. Ümid edirəm ki, belə bir təhlükə yoxdur. Lakin biz vəziyyətə ciddi yanaşırıq”, deyə ABŞ prezidenti bildirib.

Tramp bir gün əvvəl İranın pilotsuz uçuş aparatları ilə şəxsən ona hücum edə biləcəyi ehtimalı barədə suala da münasibət bildirib. O, zarafatla belə bir hücum baş verərsə, jurnalistlərin də sağ qalmayacağını söyləyərək, daha çox onların taleyindən narahat olduğunu qeyd edib.

Bundan əvvəl İsrailin kəşfiyyat xidməti “Mossad” ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinə (MKİ) İranın Trampa və digər yüksək vəzifəli amerikalı rəsmilərə qarşı sui-qəsd hazırladığı barədə xəbərdarlıq edib. “Israel Hayom” nəşrinin məlumatına görə, Tehran bu məqsədlə partlayıcılarla təchiz edilmiş pilotsuz uçuş aparatlarından istifadə edə bilər.

Məlumata əsasən, ABŞ maliyyə naziri Skott Bessent, dövlət katibi Marko Rubio və Pentaqonun rəhbəri Pit Heqset artıq mühafizə olunan obyektlərə köçürülüb. Eyni zamanda, Trampın ictimai tədbirlərdə iştirakı da məhdudlaşdırılıb.

Aydın

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью