Mia.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
ABŞ-la İran arasında gərginlik pik həddə yükısəlib.
Mia.az xaric məbuata istinadla xəbər verir ki, Amerika hərbi qüvvələri bir yandan bölgəyə yeni hərbi qüvvə toplayır, o biri yandan sabahdan hərbi təlimə start verir, digər yandan isə İrana sarsıdıcı hərbi zərbə enirməyə fürsət axtarır.
Bununla da bğlgədə nararahatlığın pik həddə çatdığı bir ərəfədə ABŞ Prezidenti Tramp İranı növbətö dəfə açıq şəkildə təhdid edib.
O, böyük bir donanma və bu donanmanın başında böyük təyyarədaşıyan gəmi olan "Abraham Linkoln"un artıq İrana doğru hərəkətləndiyini açıqlayıb:
"Böyük bir donanma İrana doğru irəliləyir. O, böyük güc, qətiyyət və məqsədlə sürətlə hərəkət edir. Venesuelaya göndərilən donanmadan daha böyük olan donanmaya "Abraham Linkoln" təyyarədaşıyan gəmisi rəhbərlik edir. Venesueladakı kimi, o da lazım gələrsə, öz missiyasını sürətlə və güclə yerinə yetirməyə hazır, istəkli və qadirdir. Ümid edirəm ki, İran tez bir zamanda masaya oturacaq və bütün tərəflər üçün ədalətli və balanslı bir razılaşma müzakirə olunar.
Artıq onların nüvə silahı yoxdur. Vaxt azalır, bu, həqiqətən vacibdir. Daha əvvəl İrana dediyim kimi, razılaşma əldə edin. Daha əvvəl razılaşmadılar və "Gecəyarısı Çəkic Əməliyyatı" gerçəkləşdi, İran böyük dağıntılara məruz qaldı. Növbəti hücum daha şiddətli olacaq. Bunun bir daha təkrarlanmasına imkan verməyin".
Samir MUSAYEV
MİA.AZ