Tramp İrana bir neçə gün vaxt verib

22.04.2026

Icma.az, Olke.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

ABŞ prezidenti Donald Tramp konkret müddət göstərmədən İranla atəşkəs rejiminin uzadıldığını elan edib.

Ölkə.az xəbər verir ki, bu barədə Axios məlumat yayıb.

Bu qərarın diplomatiyaya razılaşma əldə etmək üçün əlavə şans yaratdığı bildirilir.

Mənbələrin sözlərinə görə, bu qərarın səbəblərindən biri ABŞ və Pakistan vasitəçilərinin İranın ali lideri Müctəba Xamenei tərəfindən son təklifə cavab gözləməsidir.

İsrailli mənbənin məlumatına görə, Xameneinin cavabını çərşənbə günü verməsi gözlənilir.

Digər mənbə isə bildirib ki, Tramp iranlılara qərar vermək və mövqelərini müəyyənləşdirmək üçün əlavə imkan yaratmaq məqsədilə atəşkəsi daha 3-5 gün uzatmağa hazırdır. Lakin bu atəşkəsin qeyri-müəyyən müddətə davam etməyəcəyi vurğulanıb.

Həmidə İbrahimova

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью