Tramp İrana danışıqları telefonla aparmağı təklif edib

25.04.2026

Azpost portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Prezident Donald Tramp ABŞ Stiv Uitkoff və Cared Kuşnerin İranla danışıqlar aparmaq üçün Pakistana səfərini ləğv edib.

Tramp bu barədə “Fox News”a açıqlaması zamanı məlumat verib.

Tramp bildirib ki, ABŞ İranla münaqişədə bütün imkanlara sahib olduğu halda, ABŞ nümayəndə heyətinin Pakistana 18 saatlıq uçuş etməsinə dəyməz.

O əlavə edib ki, iranlılar istədikləri vaxt ABŞ-la telefon danışığı apara bilərlər.

“Bir müddət əvvəl xalqıma demişdim ki, onlar getməyə hazırlaşırlar. Sonra onlara dedim ki, ora getmək üçün 18 saatlıq uçuş etməyə ehtiyac yoxdur. Bizdə bütün imkanlar var. Onlar istədikləri vaxt bizimlə əlaqə yarada bilərlər”, – Tramp deyib.

AzPost.az

Paylaş

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью