Tramp İrana dəyən ziyanı açıqladı

14.07.2026

Baku.ws portalından verilən məlumata əsasən, Icma.az bildirir.

ABŞ Prezidenti Donald Tramp ABŞ-ın İrana zərbələrinin vurduğu ziyanı açıqlayıb.

BAKU.WS xəbər verir ki, o, bu barədə Newsmax-a müsahibəsində danışıb.

"Biz onların əksər radarlarını, əksər sursatlarını, əksər buraxılış qurğularını, raket buraxıcılarını sıradan çıxarmışıq. Biz onların dronlarını sıradan çıxarmışıq. Biz onların raketlərini sıradan çıxarmışıq", - deyə Amerika prezidenti bildirib.

Bundan əlavə, Trampın sözlərinə görə, ABŞ hazırda Hörmüz boğazına nəzarət edir.

"Onlar problem yarada bilərlər. Onlar pis işlər görə bilərlər, amma biz buna nəzarət edirik", - deyə o qeyd edib.

Xatırladaq ki, daha əvvəl ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İrana qarşı beş saatlıq hücum dalğasının başa çatdığını elan etmişdi.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью