Tramp İrana güzəşt təklif edib?

29.09.2026

Icma.az, Azpost portalına istinadən məlumat verir.

ABŞ Prezidenti Donald Tramp İrana qarşı sanksiyaların yumşaldılmasını və bloklanmış vəsaitlərin dondurulmasının aradan qaldırılmasını təklif etdiyi barədə məlumatları təkzib edib.

O, bu barədə Truth Social sosial şəbəkəsində yazıb.

“Axios saytı indicə mənim İrana sanksiyaları yumşaltmağı və bloklanmış vəsaitləri azad etməyi təklif etdiyimi iddia edən material dərc edib. Bu, doğru deyil — mən onlara ümumiyyətlə heç nə təklif etməmişəm!” – deyə Tramp bildirib.

ABŞ prezidenti həmçinin nəşri saxta məlumat yaymaqda ittiham edib və dərc olunan materialın silinməsini tələb edib.

AzPost.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью