Reyting.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Tehranın məkan və formatla bağlı tələb etdiyi dəyişikliklərə baxmayaraq, ABŞ və İran arasında danışıqlar bu həftə keçiriləcək.
Reyting.az xəbər verir ki, bunu Ağ Evdən bildiriblər.
CNN-in məlumatına görə, Ağ Evin mətbuat katibi Kerolin Livit deyib ki, indicə xüsusi elçi (Stiv) Uitkoffla danışıb və hazırda bu danışıqlar planlaşdırılır.
K. Livitin əlavə edib ki, diplomatik danışıqlar uğursuz olarsa, ABŞ prezidenti Tramp hələ də İrana hərbi zərbələr endirmək hüququnu özündə saxlayır.
Onun sözlərinə görə, baş komandan kimi prezidentin İranla bağlı bir sıra variantları var.
Qeyd edək ki, “Axios”un mənbələri İranın ABŞ ilə danışıqların məkanında və formatında dəyişiklik tələb etdiyini bildiriblər.
E. KAMAL