Tramp İrana hücum planından danışdı

10.11.2026

Bakupost saytına istinadən Icma.az xəbər verir.


ABŞ Prezidenti Donald Tramp hazırda İrana qarşı yeni hərbi əməliyyata ehtiyac görmədiyini, lakin mümkün ssenarilərə hazır olduqlarını bildirib.

“Bakupost” xəbər verir ki, Ağ Evdə jurnalistlərin suallarını cavablandıran Tramp İranla münaqişənin sona yaxınlaşdığını və tərəflər arasında danışıqların müsbət getdiyini deyib.

O bildirib ki, ABŞ hərbi əməliyyatları yenidən başlatmaq məcburiyyətində qalarsa, buna tam hazırdır. Tramp İranın nüvə silahına sahib olmasına icazə verilməyəcəyini də vurğulayıb.

ABŞ Mərkəzi Komandanlığının rəhbəri Bred Kuper noyabrın 7-də İranla bağlı “Dəmir Qapı” adlı yeni xüsusi əməliyyat qrupunun yaradıldığını açıqlayıb. Qrupun məqsədi İrana silah sistemlərinin, ikili təyinatlı texnologiyaların və sanksiyalardan yayınma yolu ilə əldə edilən gəlirlərin daşınmasının qarşısını almaqdır.

Vüsalə Hüseynova,

BakuPost


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью