Dogru.az saytına istinadən Icma.az xəbər verir.
ABŞ Prezidenti Donald Tramp jurnalistlərə açıqlamasında bildirib ki, heç kəs onu İrana zərbə endirməməyə inandıra bilməyib.
Doğru.az xəbər verir ki, Trampın sözlərinə görə, o, yalnız özünü inandırıb: “Məni heç kim inandıra bilmədi. Mən özümü inandırdım”.
Əvvəllər “The Wall Street Journal” qəzeti xəbər vermişdi ki, Qətər, Oman və Səudiyyə Ərəbistanı ABŞ-ı İrana hərbi əməliyyatdan çəkindirməyə çalışıblar.
Bundan əlavə, Tramp bildirib ki, ABŞ İran hakimiyyətinin etirazçıları edam etməyi planlaşdırmadığı barədə məlumat alıb.
DOĞRU.AZ