Tramp İrana hücumları müdafiə etdi: Orada bir az daha qala bilərik

18.10.2026

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı, 18 oktyabr, AZƏRTAC

ABŞ Prezidenti Donald Tramp Kentukki ştatında keçirilən seçki kampaniyası çərçivəsində çıxış edərək İrana qarşı həyata keçirilən hərbi əməliyyatlardan danışıb.

AZƏRTAC xəbər verir ki, Tramp fevralın 28-də ABŞ və İsrailin İrana qarşı başladığı hücumları müdafiə edərək, bu əməliyyatlar nəticəsində İranın nüvə potensialının məhv edildiyini iddia edib. İranın heç vaxt nüvə silahına sahib olmasına icazə verməyəcəklərini vurğulayan dövlət başçısı "Biz orada bir az daha qala bilərik. Bu proses çox tez bitəcək", – deyə bildirib. O, həmçinin əlavə edib ki, əməliyyatlar yekunlaşdıqdan sonra ABŞ-də benzin qiymətləri kəskin şəkildə aşağı düşəcək.

Çıxışında digər xarici siyasət məsələlərinə də toxunan Tramp, keçmiş Prezident Co Baydenin Ukraynaya həddindən artıq hərbi yardım etdiyini tənqid edib və Venesueladan yüz milyardlarla dollar gəlir əldə etdiklərini söyləyib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью