Tramp İrana mümkün hərbi müdaxilə barədə məlumatlandırılıb KİV

13.01.2026

Yeniavaz saytına istinadən Icma.az xəbər verir.


ABŞ Prezidenti Donald Tramp İranda keçiriləcək mümkün gizli əməliyyatlar və açıq hərbi müdaxilələr barədə məlumatlandırılıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin iki rəsmisi “CBS News”a danışıb.
Bildirilib ki, uzun mənzilli raket zərbələri potensial ABŞ müdaxiləsi üçün əsas seçim olaraq qalır, lakin Pentaqon rəsmiləri kiber əməliyyatlar və psixoloji kampaniya variantlarını da Trampa təqdim ediblər.
Qeyd edək ki, insan haqları təşkilatları İranda üç həftədir davam edən hökumət əleyhinə etirazlarda 600-dən çox etirazçının öldürüldüyünü bildirirlər.
Xatırladaq ki, İranın xarici işlər naziri Abbas Əraqçi Tehranın Vaşinqtonla danışıqlara açıq olduğunu, həmçinin mümkün müharibəyə də hazırlıqlı olduğunu bəyan edib.
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью