Tramp İrana onlara görə hücum etməyibmiş SƏBƏB açıqlandı

15.01.2026

Icma.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

ABŞ Prezidenti Donald Trampın İranla bağlı hərbi əməliyyat planı Səudiyyə Ərəbistanı, Qətər və Oman tərəfindən dayandırılıb.

Globalinfo.az xəbər verir ki, bu barədə AFP məlumat yayıb.

Bildirilir ki, Körfəz ölkələri son dəqiqədə möhkəm və fəal diplomatik səylər göstərərək Trampı İrana sınaq üçün şans verməyə razı salıblar.

Nəticədə, ABŞ Prezidenti son günlərdə İrana qarşı tonunu kəskin yumşaldıb və ayətullah rejiminə qarşı planlaşdırılan hərbi zərbə təxirə salınıb.

Aysel Əliyeva
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью