Tramp İrana qarşı A planı na QAYIDIB

20.07.2026

Icma.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.

ABŞ Nümayəndələr Palatasının üzvü Maykl Makkol bildirib ki, Prezident Donald Trampın atəşkəs səbəbindən dayandırılan İrana qarşı hərbi kampaniyanı bərpa edəcəyi gözlənilir.

“Cebheinfo.az” xarici mediaya istinadən xəbər verir ki, o, bu barədə "Fox News Sunday" proqramında çıxışı zamanı deyib:

“İndi biz A planına qayıdacağıq. Hərbçilər işə başlayacaq, onların buraxılış meydançalarını məhv edəcək, “Şahed” pilotsuz uçuş aparatlarını buraxmaq və tankerləri hədəfə almaq imkanlarını aradan qaldıracaq”.

Makkolun sözlərinə görə, hazırda ABŞ üçün əsas məqsəd İranın Hörmüz boğazına nəzarət imkanlarını zəiflətmək olmalıdır.

Qeyd edək ki, bundan əvvəl "The Washington Post" qəzeti mənbələrə istinadən ABŞ-nin İranla tammiqyaslı müharibəyə başlamağı nəzərdən keçirdiyini yazmışdı.

Aişə Abdulova
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью