Tramp İrana qarşı bu şərtləri açıqladı

29.05.2026

Avtosfer portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

ABŞ Prezidenti Donald Tramp İranla bağlı şərtlərini açıqlayıb. 

Avtosfer.az həmin şərtləri təqdim edir:

- İran rəsmi şəkildə heç vaxt nüvə silahına və ya nüvə bombasına sahib olmayacağı ilə razılaşmalıdır;

- Hörmüz boğazı rüsumsuz, məhdudiyyətsiz və hər iki istiqamətdə azad gəmiçilik üçün dərhal açılmalıdır:

- Boğazdakı bütün dəniz minaları məhv edilməlidir. İran qalan minaların çıxarılmasını və ya partladılaraq təmizlənməsini başa çatdırmağa borcludur;

- Blokada səbəbindən boğazda saxlanılan gəmilər evlərinə qayıda biləcək;

- "B-2" zərbəsindən sonra yer altında qalan zənginləşdirilmiş nüvə materialı ABŞ, İran və Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin nəzarəti altında çıxarılmalı və tamamilə məhv edilməlidir;

"Növbəti bildirişə qədər" heç bir pul ödənişi və ya köçürməsi həyata keçirilməyəcək".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью