Redaktor.az saytına istinadən Icma.az xəbər verir.
ABŞ Prezidenti Donald Tramp jurnalistlərin İrana qarşı ABŞ-ın Venesuelada həyata keçirdiyi əməliyyata bənzər hərbi əməliyyat aparıb-aparmayacağı barədə suallarına cavab verməkdən imtina edib. “Bu barədə danışmaq istəmirəm. Mən hərbi sahədəki hər hansı addımlarım haqqında danışmaq istəmirəm”, – Tramp bildirib. Eyni zamanda o əlavə edib: “Amma biz orada [İran yaxınlığında] son dərəcə güclü bir donanmaya sahibik. Dünyanın ən güclü gəmiləri bizimdir. Hər halda dünyanın ən güclü ordusuna sahibik və bunu dəfələrlə nümayiş etdirmişik”.
Redaktor.az-ın məlumatına görə, "The New York Times" qəzeti ABŞ rəsmilərinə istinadla yazıb ki, Tramp Pentaqon tərəfindən hazırlanmış bir sıra hərbi ssenariləri nəzərdən keçirir. Qəzetin məlumatına görə, ABŞ prezidenti İrana qarşı əməliyyatların keçirilməsini, eləcə də nüvə və raket obyektlərinə daha böyük zərbə endirmə imkanlarını araşdırır. Ən riskli variantlar arasında ABŞ xüsusi təyinatlılarının İrana gizli göndərilməsi və hələ 2025-ci ilin iyun ayında zərər görməmiş nüvə obyektlərinin məhv edilməsi və ya zədələnməsi planı var. Bundan başqa, İslam Respublikasının rəhbərliyi ilə birbaşa əlaqəli obyektlərə ardıcıl zərbələr endirilməsi nəzərdən keçirilir ki, ölkədə xaos yaradılsın və hakimiyyət dəyişsin.
Qəzet yazır ki, İsrail tərəfi də Vaşinqtonu İranın raket proqramına aid obyektlərə zərbə endirməyə inandırmağa çalışır.
Tramp bu gün yenidən bildirib ki, ABŞ donanmasının aradası İrana doğru hərəkət edir və bu, Venesueladakı donanmadan da böyükdür. Eyni zamanda o ümidini ifadə edib ki, ABŞ və İran razılaşa bilərlər. Tramp daha əvvəl bildirib ki, söhbət İranın nüvə silahından tam imtina etməsini nəzərdə tutan bir razılaşmadan gedir.
Xədicə BAXIŞLI