Bizimyol saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
ABŞ prezidenti Donald Tramp köməkçilərinin İrana qarşı qətiyyətli hərbi əməliyyatlar hazırlamasında israr etməyə davam edir.
Bizimyol.info xəbər verir ki, bu barədə "Wall Street Journal" qəzetindəki məqalədə məlumat verilib.
Qeyd olunur ki, Amerika lideri İrana qarşı potensial hücumla bağlı bütün müzakirələrdə "qətiyyətli" sözünü daim vurğulayır.
Mənbənin sözlərinə görə, bu, Trampın Ağ Evdəki və Pentaqondakı köməkçilərini onun üçün rejimi devirməyə yönəlmiş tədbirlər də daxil olmaqla bir sıra variantlar hazırlamağa sövq edib.
Həmçinin nəzərdən keçirilən məhdud variantlar arasında İslam İnqilabı Keşikçiləri Korpusu ilə əlaqəli hədəflərə zərbələr də var.
ABŞ rəsmiləri qeyd ediblər ki, Tramp hələ də zərbələrin mümkünlüyünü istisna etməyib, baxmayaraq ki, onun sonda hansı qərarı verəcəyi bəlli deyil.
Bu arada, İranın xarici işlər naziri Abbas Əraqçi "Wall Street Journal" qəzetinə verdiyi müsahibədə Tehranın hücuma məruz qalacağı təqdirdə əlindəki bütün qüvvələrlə cavab verəcəyi barədə xəbərdarlıq edib.