Bakivaxti saytına istinadən Icma.az xəbər verir.
ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun İrana qarşı hərbi kampaniyasının 2027-ci ilin yanvar ayının sonunadək maliyyələşdirildiyini açıqlayıb.
Bakıvaxtı.az xəbər verir ki, Tramp bu barədə “New York Post” qəzetinə müsahibəsində danışıb.
O, jurnalistin ABŞ Konqresinə aralıq seçkilərdə Demokrat Partiyasının qələbə qazanması fonunda İrana qarşı mümkün hərbi zərbələr üçün vaxt çərçivəsinin daralıb-daralmadığı ilə bağlı sualını cavablandırarkən bu fikirləri səsləndirib.
Ağ Ev rəhbəri etiraf edib ki, yeni Konqresin yanvar ayında fəaliyyətə başlamasından sonra demokratların hər iki palatada çoxluq əldə etməsi onun İrana qarşı hərbi əməliyyatlarla bağlı seçimlərini məhdudlaşdıra bilər.
Trampın sözlərinə görə, demokratlar ABŞ-nin İrana qarşı kampaniyada əldə etdiyi qələbəni məğlubiyyətə çevirmək istəyirlər.
Qeyd edək ki, 2026-cı il fevralın 28-də ABŞ İsraillə birlikdə İrana qarşı hərbi əməliyyata başlayıb. Buna cavab olaraq Tehran İsrailə, ABŞ hərbi bazalarına və Yaxın Şərqdəki neft infrastrukturuna raket və pilotsuz uçuş aparatları ilə zərbələr endirib.
Murad İsmayıl