“Tramp İrana qarşı oyun qurur” Pezeşkian

10.02.2025

Azpolitika.az saytına istinadən Icma.az xəbər verir.

ABŞ lideri Donald Tramp İranla danışıqlara başlamaq istəyindən danışır, lakin eyni zamanda ona qarşı yeni oyunlar qurur.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian deyib.

"Tramp daim İranla danışıqlar aparmağa hazır olduğunu deyir. Eyni zamanda o, anti-İran yönümlü yeni fərmanlar imzalayır. ABŞ İranı diz çökdürmək barədə yalnız xəyal qura bilər", - o, İslam inqilabının 46-cı ildönümünə həsr olunmuş təntənəli mərasimdə bildirib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью