Tramp İrana qarşı yeni hücumların bu gecə davam edəcəyini bildirib

08.07.2026

Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

ABŞ Prezidenti Donald Tramp İrana qarşı hərbi əməliyyatların davam edəcəyini açıqlayıb. O bildirib ki, ötən gecə həyata keçirilən zərbələrdən sonra bu gecə də yeni və daha sərt hücumların baş verməsi gözlənilir.

Jurnalistlərin suallarını cavablandıran Tramp qeyd edib ki, ABŞ artıq İrana ciddi zərbələr endirib və hərbi əməliyyatlar bununla yekunlaşmayacaq. Onun sözlərinə görə, növbəti hücumlar da əvvəlkilər kimi sərt xarakter daşıyacaq.

Prezident çıxışı zamanı İrana xəbərdarlıq mesajı da ünvanlayaraq, Vaşinqtonun qarşıdakı addımlarının qətiyyətli olacağını vurğulayıb. O bildirib ki, ABŞ administrasiyası bölgədəki vəziyyəti yaxından izləyir və zəruri hesab etdiyi bütün tədbirləri həyata keçirməyə hazırdır.

Trampın bu açıqlaması regionda gərginliyin daha da artacağı ilə bağlı gözləntiləri gücləndirib. Ekspertlər hesab edirlər ki, qarşıdakı saatlarda baş verəcək hadisələr Yaxın Şərqdə təhlükəsizlik vəziyyətinə ciddi təsir göstərə bilər.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью