Tramp İrana quru hücumundan imtina edir

06.03.2026

Icma.az, Axar.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İrana qurudan hücum ideyası əhəmiyyətsiz və vaxt itkisidir. Hazırda belə bir əməliyyatı nəzərdən keçirmirik.

Axar.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp “NBC Nyus”a müsahibəsində deyib.

“Onlar hər şeyi itiriblər. Donanmalarını itiriblər. İtirə biləcəkləri hər şeyi itiriblər”, - o bildirib.

Qeyd edək ki, bundan əvvəl ABŞ-ın İrana qarşı quru əməliyyatı üçün kürd silahlılardan istifadə edə biləcəyi haqda məlumat yayılmışdı.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью