Tramp İrana şərtini elan etdi: blokada bu halda götürüləcək...

30.04.2026

Modern.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

ABŞ prezidenti Donald Tramp bildirib ki, İranın dəniz blokadası nüvə sazişi bağlanana qədər qüvvədə qalacaq.

Modern.az xəbər verir ki, prezident bu barədə "Axios" müsahibəsində bildirib.
“Blokada müəyyən mənada bombardmandan daha effektivdir... Onlar boğulurlar. Onlar nüvə silahına malik ola bilməzlər. Onlar üçün vəziyyət yalnız daha da pisləşəcək.
Onlar istəmirlər ki, mən blokadanı saxlayım. Mən isə onu ləğv etmək istəmirəm, çünki onların nüvə silahına sahib olmasını istəmirəm”, – deyə Tramp bildirib.

Eyni zamanda, ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) danışıqlardakı dalandan çıxmaq üçün İrana qarşı “qısa və güclü” zərbələr dalğası planı hazırlayıb, - deyə "Axios" xəbər verib.

“Nəticədə, ehtimal ki, infrastruktur obyektlərinə təsir edəcək zərbələrdən sonra ABŞ rejimə danışıqlar masasına qayıtmaq və daha böyük çeviklik göstərmək üçün təzyiq göstərəcək”, – nəşr üç məlumatlı mənbəyə istinadən yazır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью