Tramp İrana ultimatum verdi: “Ya razılaşma olacaq, ya da...”

01.10.2026

Icma.az xəbər verir, Bizim media saytına əsaslanaraq.

ABŞ Prezidenti Donald Tramp İranla bağlı qərar verməli olduğunu bildirib.
Bizim.Media xəbər verir ki, bu barədə ABŞ lideri Ağ Evin qarşısında jurnalistlərin suallarını cavablandırarkən deyib.
“İndi mən qərar verməliyəm: ya İran razılaşma əldə edəcək, ya da artıq İran olmayacaq”, – Tramp bildirib.
Amerika liderinin sözlərinə görə, İran nüvə silahına sahib ola bilməz və olmayacaq, İran da buna razıdır.
“Deyərdim ki, bütün dünyada insanların 100 faizi İranın nüvə silahına sahib olmasının əleyhinədir. Müttəfiqlərimizi heç vaxt tərk etməyəcəyəm”.
Bizim.Media 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью