Tramp İrana yeni zərbələr barədə qərarı təxirə saldı Yanvarın 1 dən sonranı gözləyir

20.11.2026

Icma.az, Azpost saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

ABŞ Prezidenti Donald Trampın İrana qarşı genişmiqyaslı hərbi zərbələrin bərpası ilə bağlı qərarı gələn ilədək təxirə saldığı görünür.

Tramp “Reuters” agentliyinə müsahibəsində İrana yeni zərbələr endirilməsi ehtimalı ilə bağlı suala cavab olaraq bildirib ki, bu məsələni yeni ilin başlanmasından sonra müzakirə edəcək.

“Bu barədə sizinlə ilin başlanmasından sonra danışacağam. Bizim vaxtımız var”, – deyə ABŞ prezidenti bildirib.

Tramp oxşar fikirləri daha iki müsahibəsində də səsləndirib. O, “Fox News” telekanalına açıqlamasında “Görək, yanvarın 1-dən sonra nə baş verəcək” deyib.

“Axios” və İsrailin “News 12” telekanalının müxbirinə verdiyi ayrıca müsahibədə isə ABŞ prezidenti İranla bağlı hər hansı qərar qəbul etməyə tələsmədiyini vurğulayıb.

“İranla bağlı hər hansı qərar qəbul etməyə tələsmirəm”, – Tramp qeyd edib.

AzPost.az

Post navigation

Previous: İŞİD-ə qoşulan iki azərbaycanlı saxlanıldı – DTX-dan AÇIQLAMA

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью