Tramp İrana yenidən zərbə endirəcək?

05.11.2026

Bakupost saytından verilən məlumata görə, Icma.az xəbər verir.


ABŞ-də ara seçkilərdən sonra Prezident Donald Trampın İranla bağlı növbəti addımları müzakirə olunur. Müharibənin davam etməsi qlobal iqtisadiyyata da təsir göstərir.

“Bakupost” xəbər verir ki, Tramp hazırda İrana hücum üçün təcili planın olmadığını, lakin zərurət yaranarsa, hərəkətə keçməyə hazır olduğunu bildirib.

Vaşinqtonun qarşısında üç ssenarinin olduğu bildirilir: İranın strateji obyektlərinə məhdud hücum, ölkənin hərbi və mülki infrastrukturunu hədəf alan genişmiqyaslı əməliyyat və ya Tehranla razılaşma.

Demokratların Konqresdə çoxluğu qazanması hərbi büdcəyə məhdudiyyətlərin artırılması və müharibə ilə bağlı araşdırmalar vasitəsilə Tramp administrasiyasının qərarlarını çətinləşdirə bilər.

İran rəsmiləri isə ABŞ-nin siyasətinin dəyişməyəcəyini bildirərək, mümkün yeni hücumun ciddi nəticələri olacağı barədə xəbərdarlıq ediblər.

Vüsalə Hüseynova,

BakuPost


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью