Bizimyol saytından alınan məlumata görə, Icma.az bildirir.
Bizimyol.info xəbər verir ki, bu barədə "Axios" portalı Vaşinqton administrasiyasındakı mənbələrə istinadən xəbər verir.
Portalın həmsöhbətlərindən birinin sözlərinə görə, Amerika lideri “bunu həqiqətən istəmir”. Rəsmi şəxs xatırladıb ki, 2025-ci ilin iyununda ABŞ İslam Respublikasına zərbələr endirdiyi zaman Tramp Tehranın nüvə proqramını “real və dərhal təhlükə” kimi görürdü. Lakin hazırda o, vəziyyəti belə qiymətləndirmir.
Daha üç amerikalı məmur bildirib ki, indiki mərhələdə hərbi əməliyyatlara başlamaq düzgün addım olmazdı. ABŞ administrasiyasının nümayəndələrindən biri qeyd edib ki, İrana mümkün zərbələrə şübhə ilə yanaşma respublikaçının ətrafının böyük hissəsi tərəfindən bölüşdürülür. Portalın digər mənbəsi isə əlavə edib ki, hazırda İrana qarşı əməliyyata başlamaq ABŞ rəhbərliyinin regiondakı və ümumilikdə xarici siyasətdəki məqsədlərinə ciddi zərbə vura bilər.
Bununla belə, "Axios" vurğulayır ki, ABŞ-ın İrana zərbə endirməsində ən çox maraqlı olan tərəf İsraildir. Son günlər İsrailin hərbi və kəşfiyyat dairələrinin nümayəndələri, o cümlədən İsrail ordusunun Baş Qərargah rəisi Eyal Zamir Vaşinqtona səfər ediblər. Zamir ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Den Keynə İsrailin İranla mümkün müharibə halında hücum və müdafiə planları barədə məlumat verib.
Amerikalı rəsminin sözlərinə görə, “bu görüş Keynin və ya prezidentin İrana hücumla bağlı mövqeyini dəyişmədi. Əslində zərbəni istəyən İsraildir. Prezident isə hələ buna hazır deyil”. Bununla yanaşı, qeyd edilir ki, ABŞ qüvvələrinin Yaxın Şərqdə mövcudluğunun gücləndirilməsi fonunda müzakirə olunan hərbi planlar “daha iddialı xarakter alıb”.
Bundan əvvəl mənbələr xəbər vermişdi ki, ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Vitkoffun İranın xarici işlər naziri Abbas Araqçi ilə görüşü fevralın 6-da İstanbulda gözlənilir. Veriləb məlumatına görə, tərəflər danışıqlarda “mümkün nüvə sazişini” müzakirə edə bilərlər. Mmənbə bildirib ki, İran və ABŞ nümayəndələrinin İstanbulda potensial görüşü hələlik rəsmi status almayıb və hazırda bu istiqamətdə hazırlıq işləri aparılır.
Qadir, Bizimyol.info