Tramp: “İranda hakimiyyət dəyişikliyini düşünmürəm”

21.11.2026

Sherg.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun İranda siyasi hakimiyyətin dəyişdirilməsini planlaşdırmadığını və Tehranla uzunmüddətli razılaşma əldə etməyə çalışdığını bildirib.

Sherg.az xəbər verir ki, Tramp bu barədə “Fox News” telekanalına müsahibəsində danışıb.

ABŞ liderindən İran rejiminin dəyişdirilməsinin onu narahat edib-etmədiyi soruşulub. Tramp cavabında bildirib: “Bəziləri hakimiyyət dəyişikliyindən danışırdı. Amma bu, nə deməkdir, izah edin”.

O, İranın ABŞ-la razılaşmaqda maraqlı olduğunu, lakin hələlik Vaşinqtonun şərtlərini qəbul etməyə hazır olmadığını deyib:

“Onlar razılaşma əldə etmək istəyirlər, amma mənim üçün məqbul olan razılaşmaya hazır deyillər”.

Tramp müsahibəsində ABŞ Federal Təhqiqatlar Bürosunun (FTB) məlumat bazasına haker hücumu və Polşada raket və pilotsuz uçuş aparatlarının qalıqlarının aşkarlanması məsələlərinə də münasibət bildirib.

Polşadakı insidentlə bağlı o, Rusiya pilotsuz uçuş aparatlarının və bir neçə raketin ölkə ərazisinə səhvən düşdüyünü iddia edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью