Tramp: İranda rejim dəyişikliyi axtarışında deyiləm

06.07.2026

Icma.az bildirir, Olke.az saytına əsaslanaraq.

Ölkə.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evdə çıxışı zamanı deyib.

“Mən rejim dəyişikliyi axtarışında deyiləm. Əslində, bu elə rejim dəyişikliyidir. Birinci rejim getdi, ikinci rejim də getdi. Bu, üçüncü rejimdir və düşünürəm ki, bu rejim daha məntiqli davranır”, - Tramp qeyd edib.

O, İranla müharibəyə başlayanda əsas məqsədinin Tehranın nüvə silahına sahib olmasının qarşısını almaq olduğunu bildirib.

Tramp ABŞ-ın İranda olan “nüvə tozu”nu (400 kq-dan çox zənginləşdirilmiş uran maddəsi) alacağını da vurğulayıb.(apa)

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью