Tramp İrandakı infrastrukturu hər gəmi hücumuna görə vurmaqla hədələyib

22.07.2026

Xalqcebhesi saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

ABŞ prezidenti Donald Tramp bəyan edib ki, Birləşmiş Ştatlar Hörmüz boğazında gəmilərə endirilən hər zərbəyə cavab olaraq İranda bir körpünü və ya bir elektrik stansiyasını məhv edəcək.

Xalqcebhesi.az xəbər verir ki, Donald Tramp bu barədə "Truth Social" sosial şəbəkəsində paylaşım edib.

"Bu andan etibarən, İslam Respublikası İran Hörmüz boğazında raket, dron və ya digər silahlarla hər dəfə bir gəmiyə zərbə endirəndə, ABŞ bir körpünü və ya bir elektrik stansiyasını — o cümlədən paytaxt Tehranın yaxınlığında və ya onun ərazisində olanları — bombalayıb məhv edəcək", — deyə Tramp bildirib.

Məryəm Quliyeva

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью