Tramp İrandakı namizədlərinin öldürülməsindən ehtiyat edir

06.03.2026

Icma.az, Oxu.az portalına istinadən məlumat yayır.

ABŞ Prezidenti Donald Tramp İrana rəhbərlik etmək üçün bir neçə mümkün namizədi nəzərdən keçirir.

Oxu.Az xəbər verir ki, Ağ Ev rəhbəri "NBC News"a verdiyi müsahibədə bu barədə danışıb.

"Biz istəyirik ki, onlar yaxşı bir liderə sahib olsunlar. Düşünürəm ki, bu işi görə biləcək bir neçə nəfərimiz var", - deyə o, ad çəkməkdən növbəti dəfə imtina edib.

Tramp bildirib ki, ABŞ onun siyahısındakıların hərbi əməliyyat zamanı öldürülməməsi üçün tədbirlər görür:

"Biz gəlib hər şeyi təmizləmək istəyirik. İstəmirik ki, kimsə gəlib 10 il ərzində hər şeyi yenidən qursun", - deyə Ağ Ev rəhbəri bildirib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью