Tramp İrandakı nüvə obyektinə zərbə endiriləcəyini açıqladı

05.09.2026

Icma.az, Demokrat.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

ABŞ Prezidenti Donald Tramp İranın Pikaçks dağında yerləşdiyi iddia olunan nüvə obyektinə çox yaxın zamanda zərbə endirə biləcəklərini bildirib.
Tramp bu barədə Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən danışıb. O, ABŞ-ın Pikaçks dağına “çox tezliklə” zərbə endirə biləcəyini deyib.
Qeyd edək ki, Tramp iyulun sonunda Vaşinqtonun Tehranla razılaşma əldə edə bilməyəcəyi təqdirdə Pikaçks dağının daxilində yerləşdiyi ehtimal olunan İran nüvə obyektini məhv etməyə hazır olduğunu açıqlamışdı. ABŞ prezidentinin sözlərinə görə, həmin əraziyə kifayət qədər yaxın zamanda və “çox genişmiqyaslı” zərbə endirilə bilər.
Bundan əvvəl mediada ABŞ-İran müharibəsinin gələn ilə qədər davam edə biləcəyi barədə proqnozlar yayılıb. İranın geri çəkilmək niyyətində olduğuna dair hər hansı əlamət göstərmədiyi, tərəflərin isə Hörmüz boğazına nəzarəti öz əllərində saxladıqlarını bildirdikləri üçün qarşılıqlı zərbələri davam etdirdikləri qeyd olunub.
  Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью