Tramp İrandan narazılıq etdi

31.05.2026

Icma.az, Demokrat.az portalına istinadən məlumat yayır.

ABŞ Prezidenti Donald Tramp İranla aparılan danışıqların tempindən narazıdır.

Demokrat.az xəbər verir ki, bu barədə Amerika lideri "Fox News" telekanalına müsahibəsində bildirib.

Tramp qeyd edib ki, tərəflər istənilən nəticəyə doğru çox ləng irəliləyirlər. Onun sözlərinə görə, bu yubanma İslam Respublikasını təmsil edən danışıqçıların "çox çətin" şəxslər olması ilə bağlıdır.

Məlumata görə, Ağ Ev rəhbəri İranla mümkün sülh sazişinin şərtlərini daha da sərtləşdirib. Trampın xüsusilə İranın dondurulmuş aktivlərinin yenidən aktivləşməsi ehtimalından narahat olduğu bildirilir.

Xatırladaq ki, ABŞ lideri rəsmi Tehran qarşısında iki əsas tələb qoyub. Bunlardan birincisi İranın heç vaxt nüvə silahına sahib olmayacağına dair razılıq verməsi, ikincisi isə Hörmüz boğazını beynəlxalq gəmiçilik üçün açıq elan etməsidir.

İsmayıl
Demokrat.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью