Redaktor.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
ABŞ Prezidenti Donald Tramp İranı ölkə daxilində etiraz aksiyalarını zorakılıqla yatırmamağa və nüvə silahı yaratmaqdan imtina etməyə çağırıb.
Redaktor.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsinin birinci müavini Tommi Piqqott "Fox News" telekanalının efirində məlumat verib.
Onun sözlərinə görə, Trampın əsas diqqəti ABŞ-nin milli maraqlarına yönəlib və bu maraqlar İran rejiminə ünvanlanan aydın mesajda ifadə olunur: nüvə silahına yol verilməməli və etirazçılara qarşı zorakılıq dayandırılmalıdır.
Piqqott qeyd edib ki, ABŞ milli maraqlar tələb etdiyi təqdirdə istənilən tərəflə dialoqa açıqdır. O vurğulayıb ki, Tramp İrandan nə istədiyini açıq şəkildə bəyan edib. Vaşinqtonun fikrincə, bu tələblər yerinə yetirilmədiyi üçün ABŞ Tehrana qarşı “maksimum təzyiq” siyasətini davam etdirir.
Aytəkin TOFİQQIZI