Tramp İranı Amerikaya cavab zərbələrindən qaçmasğa çağırıb

22.06.2025

Azpolitika.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

İranın Amerika zərbələrinə cavab vermək cəhdi İran nüvə obyektlərinə daha ağır nəticələrə səbəb olacaq.

“Report” xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “Truth Social” sosial şəbəkəsində yazıb.

“İranın Amerika Birləşmiş Ştatlarına hər hansı cavab zərbəsi bu axşam baş verəndən daha böyük qüvvə ilə qarşılanacaq”, – Tramp qeyd edib.

Xatırladaq ki, daha əvvəl Tramp İranın Fordo, Nətənz və İsfahandakı nüvə obyektlərinə uğurlu zərbələr endirildiyini açıqlamışdı.

Daha sonra Qum ostanının administrasiyası “Fordo nüvə obyektinin ərazisinin” hücuma məruz qaldığını etiraf etmişdi.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью