Tramp İranı bombardmanla hədələyib

06.05.2026

Icma.az, Bakivaxti portalına istinadən məlumat yayır.

İranla razılaşma əldə olunsa, “Epik qəzəb” əməliyyatı sona çatacaq.

Bakıvaxtı.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp “Truth Social” hesabında yazıb.

“İran razılaşdırılanları yerinə yetirməyə razı olarsa - bu, bəlkə də böyük bir fərziyyədir – əfsanəvi “Epik qəzəb” əməliyyatı sona çatacaq”, - Tramp bildirib.

O qeyd edib ki, həmçinin, Hörmüz boğazının blokadası da başa çatacaq və boğaz, İran da daxil olmaqla, hər kəsin üzünə açıq olacaq.

“Razılaşmasalar, təəssüf ki, keçmişdəkindən daha yüksək səviyyədə və intensivlikdə bombardman başlayacaq”,- ABŞ Prezidenti əlavə edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью