Tramp İranı çox pis şeylərlə hədələdi...

05.02.2026

Sia Az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

ABŞ Prezidenti Donald Tramp "NBC News" telekanalına verdiyi eksklüziv müsahibəsində İran barədə danışıb. O, İrandakı nüvə obyektlərinə endirilən zərbələrin nəticələrini şərh edib. D. Trampın fikrincə, Tehran nüvə proqramını bərpa etməyə çalışır.

"Hazırda İranda tam dağıntıdır... Biz onların nüvə potensialını məhv etdik. Lakin mən Yaxın Şərqdə sülh istəyirəm. Əgər biz onların nüvə obyektlərinə hücum etməsəydik, ərəb ölkələri İrandan qorxmağa davam edərdilər", - Amerika lideri bildirib.

Ağ Ev rəhbəri İranın nüvə fəaliyyətini bərpa edəcəyi təqdirdə onu "çox pis şeylərlə" hədələyib.

Mətləb

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью